Menyu

"Sumqayıt" 200-cü məğlubiyyətini aldı

Əziz Əzizli
"Sumqayıt" 200-cü məğlubiyyətini aldı

"Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.

Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.

Teqlər:

"\"Sumqay\u0131t\" 200-c\u00fc m\u0259\u011flubiyy\u0259tini ald\u0131"

Əlaqəli Xəbərlər