24 Fevral 2025, 15:55
İlham Yadullayev: “Komandamızın turnirdəki çıxışından razıyam”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışla bağlı danışıb.
İlham Yadullayev: “Komandamızın turnirdəki çıxışından razıyam” şəkil
İlham Yadullayev: “Komandamızın turnirdəki çıxışından razıyam”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışla bağlı danışıb.

"Operativ Media" xəbər verir ki, o, bu haqda AFFA-nın  rəsmi saytına fikirlərini bölüşüb.

O, ilk olaraq üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə keçirilən görüşü dəyərləndirib: “Özbəkistan millisi ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib: “Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.

Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb