Menyu

Lamin Yamal "Barselona" ilə müqaviləsini uzadacaq

Əziz Əzizli
Lamin Yamal "Barselona" ilə müqaviləsini uzadacaq

"Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal bu yay Kataloniya klubu ilə müqaviləsini uzadacaq.

"Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.

Mənbənin məlumatına görə, futbolçunun agenti Xorxe Mendeş növbəti addımları müzakirə etmək üçün Lissabonda Joan Laporta və Deko ilə görüşməyə hazırlaşır. Görüşün Çempionlar Liqasının "Benfika" ilə oyunu zamanı baş tutacağı planlaşdırılır.

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" - "Barselona" oyunu martın 5-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Lamin bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Teqlər:

"Lamin Yamal \"Barselona\" il\u0259 m\u00fcqavil\u0259sini uzadacaq"

Əlaqəli Xəbərlər