
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema özünü tarixin ən yaxşı futbolçusu adlandıran portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun sözləri haqqında fikirlərini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu haqda "TNT Sports" məlumat yayıb.
“Hər kəsin öz fikrini söyləmək hüququ var. Əgər Kriştiano öz üstünlüyünə arxayındırsa, deməli, bu, onun fikridir. Hamısı şəxsi üstünlüklərdən asılıdır. Mənim üçün, məsələn, ən yaxşı oyunçu braziliyalı Ronaldodur".
Ronaldo və Benzema 2009-2018-ci illərdə "Real Madrid"də birlikdə oynayıb. Bu müddətdə “Real Madrid” iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb, həm də dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Portuqaliyalı 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir və Benzema 2023-cü ilin yayında "Real Madrid"dən Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib.