25 Fevral 2025, 10:13
AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələdi
AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələyib.
AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələdi şəkil
AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz"u 20 min manat cərimələyib.

"Operativ Media" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib:

"AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər".

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb