Menyu

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Əziz Əzizli
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.

"Operativ Media" xəbər verir ki, 57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb. Görüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə gəlməməsi səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.

Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda O Konnor Darrendən (İrlandiya) güclü olub.

Boksçumuz 4:1 hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Teqlər:

"Az\u0259rbaycan\u0131n 3 boks\u00e7usu beyn\u0259lxalq turnir\u0259 q\u0259l\u0259b\u0259 il\u0259 ba\u015flad\u0131"

Əlaqəli Xəbərlər