Yamal və Pedri "Barselona" rəhbərliyindən yeni forvard alınmasını istəyiblər
Əziz Əzizli
Yarımmüdafiəçi Pedri və cinah oyunçusu Lamin Yamal "Barselona"dan yeni hücumçu transfer edilməsini istəyib.
"Operativ Media" xəbər verir, bu haqda "El Nasional" məlumat yayıb.
"Barselona" rəhbərliyi iki namizədi nəzərdən keçirir: "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç və "Nyukasl"ın isveçli forvardı Aleksandr İsak. Bəzi məlumatlara görə, bu, Robert Levandovskinin klubdakı mövqeyinə təsir edə bilər.
25 turdan sonra "Barselona" La Liqanın turnir cədvəlində birinci yerdədir.
Teqlər:
"Yamal v\u0259 Pedri \"Barselona\" r\u0259hb\u0259rliyind\u0259n yeni forvard al\u0131nmas\u0131n\u0131 ist\u0259yibl\u0259r"