Menyu

Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır

Nərmin Qocamanlı
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır

“33 il əvvəl Xocalı şəhərində bəşər tarixinin ən qanlı və amansız faciəsi – soyqırımı törədilib. Bu vəhşiliyin dünyada oxşarı olmayıb, uşaq-böyük, qadın-kişi, qarı-qoca demədən azərbaycanlı olduqlarına görə yüzlərlə Xocalı sakini bir gecənin içində vəhşicəsinə öldürülüb. Erməni millətçilərinin törətdiyi faciə keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq baş tutub. Əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub, 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı şəhəri yerlə-yeksan edilib. 487 nəfər Xocalı sakini şikəst qalıb, 8 ailə tamamilə məhv edilib. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır”.

Bu sözləri  Operativ Media-ya Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan sistemli işlərdən danışıb: “Bu vaxtadək Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı soyqırımının da qisasını aldı. Azərbaycan öz suverenliyini bütün ərazilərində bərpa etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. Xocalı şəhəri antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu gün azad olunmuş ərazilərdə böyük bərpa və yenidənqurma işləri aparılır. Artıq Xocalı şəhərinə və rayonunun Ballıca kəndinə də ailələrin köçü başlanıb”.

Gülcahan Məmmədova

Teqlər:

"Xocal\u0131da q\u0259tl\u0259 yetiril\u0259nl\u0259rin \u0259ziz xatir\u0259si Az\u0259rbaycan xalq\u0131n\u0131n yadda\u015f\u0131nda ya\u015fay\u0131r"

Əlaqəli Xəbərlər