"Operativ Media" xəbər verir ki, bu barədə jurnalist Aleks Kandal sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin sözlərinə görə, 37 yaşlı futbolçu təmirdən çıxmış “Kamp Nou” stadionunda oynamayana qədər karyerasını bitirmək istəmir. O da qeyd olunur ki, kataloniyalılar artıq Messinin qayıdışı ilə bağlı variantları nəzərdən keçirməyə başlayıblar. Forvard 2025-ci ilin sonunda başa çatacaq MLS mövsümünün bitməsinə bir neçə ay qalmış "Barselona"ya icarə əsasında qoşula bilər.
Argentinalı 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.
Messi 2004-2021-ci illərdə "Barselona"da çıxış edib. Ümumilikdə o, İspaniya klubunda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.