"Nürnberq"in Mahir Emreli üçün "Seul"dan istədiyi məbləğ bəlli oldu
Əziz Əzizli
Almaniyanın "Nürnberq" futbol klubunun azərbaycanlı hücumçu Mahir Əmrəlinin təzminat qiyməti məlum olub.
"Operativ Media" "Bild"ə istinadən xəbər verir ki, "Nürnberq" komandası hücumçunun transferi üçün Cənubi Koreyanın “Seul” klubundan 500 min avro (təxminən 900 min manat) istəyib. Lakin "Seul" hələlik bu məbləğlə razılaşmayıb.
Xatırladaq ki, bundan əvvəl 1.000.000 avroluq mümkün transfer haqqı açıqlanmışdı.