Menyu

Mbappe "Real Soseydad"la oyunu buraxacaq

Əziz Əzizli
Mbappe "Real Soseydad"la oyunu buraxacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe İspaniya Kral Kubokunun yarımfinalında "Real Sosyedad"la oyun üçün Madrid klubunun heyətində yer almayıb.

"Operativ Media" bu haqda AS nəşrinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, fransalı hücumçu diş daşını çıxarmaq üçün əməliyyat olunub və şiddətli ağrıları davam edir. Daha əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Mbappenin komanda ilə San Sebastyandakı oyuna gedəcəyini bildirmişdi.

"Real Madrid" - "Real Sosyedad" matçı fevralın 27-də Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.

Teqlər:

"Mbappe \"Real Soseydad\"la oyunu buraxacaq"

Əlaqəli Xəbərlər