Menyu

XRİTDX: Dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur

XRİTDX: Dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur
1 dəq oxu

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.

Bu barədə Operativ Media-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.

"Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - deyə məlumatda bildirilib.

Əlaqəli Xəbərlər