Menyu

Azərbaycan Kuboku: "Qarabağ" "Səbail"ə, "Sumqayıt" "Sabah"a qarşı

Əziz Əzizli
Azərbaycan Kuboku: "Qarabağ" "Səbail"ə, "Sumqayıt" "Sabah"a qarşı
1 dəq oxu

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

"Operativ Media" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Səbail"i qəbul edəcək. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşma Sumqayıtda baş tutacaq. İlk matçı 0-0 bitən matçın revanşında şəhərin eyniadlı komandası "Sumqayıt" "Sabah"ı sınağa çəkəcək. 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunları 

27 fevral

16:00 Qarabağ – Səbail

İlk oyun 1:0

Tofiq Bəhramov adına Respublika stadionu

19:30 Sumqayıt – Sabah

İlk oyun 0:0

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Əlaqəli Xəbərlər