Menyu

"Eqnatia"nın azərbaycanlı üzvü: "Keyfiyyətli legionerlər Azərbaycan çempionatını yüksəlişə aparacaq"

Əziz Əzizli
"Eqnatia"nın azərbaycanlı üzvü: "Keyfiyyətli legionerlər Azərbaycan çempionatını yüksəlişə aparacaq"

Albaniya çempionatındakı yerimizi qorumağa çalışacağıq.

Bunu "Operativ Media"ya açıqlamasında Albaniyanın "Eqnatia" klubunun azərbaycanlı futbolçusu Zamiq Əliyev deyib.

O,Albaniya kubokunda yarımfinal mərhələsinə yüksəldikləri üçün xoşbəxt olduğunu bidlirib.

"Çox gözəl oyun keçdi. 90 dəqiqə meydanda yaxşı mübarizə apardığımız üçün xoşbəxtəm. Yarımfinal mərhələsinə yüksəldik. İndi önümüzdəki oyunlara fokuslanıb çempionatdakı yerimizi qorumağa çalışacağıq".

Əliyev Azərbaycan çempionatında legioner limitinin ləğv edilməsi haqda da danışıb.

"Əgər keyfiyətli legionerlər gələcəksə əlbətdə ki çempionat yüksəlişə keçəcək. Bunu da zamanla görəcəyik. İnşallah Azərbaycan futbolu üçün ən yaxşısı olar".

Qeyd edək ki, Zamiq Əliyev 2024-cü ilin yayından Albaniyanın "Eqnatia" klubunda çıxış edir.

Teqlər:

"\"Eqnatia\"n\u0131n az\u0259rbaycanl\u0131 \u00fczv\u00fc: \"Keyfiyy\u0259tli legionerl\u0259r Az\u0259rbaycan \u00e7empionat\u0131n\u0131 y\u00fcks\u0259li\u015f\u0259 aparacaq\""

Əlaqəli Xəbərlər