AFFA-nın prezidenti UEFA Hakimlər Komitəsinin üzvü ilə görüşüb
Əziz Əzizli
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker də iştirak ediblər.
"Operativ Media" xəbər verir ki, Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.
Teqlər:
"AFFA-n\u0131n prezidenti UEFA Hakiml\u0259r Komit\u0259sinin \u00fczv\u00fc il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"