Menyu

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib
1 dəq oxu

Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.

"Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı"nı hərbi qulluqçumuza Cənubi Koreya Respublikasının milli müdafiə nazirinin vəzifələrini icra edən cənab Kim Seon-ho təqdim edib.

Fotogalereya

Əlaqəli Xəbərlər