27 Fevral 2025, 13:09
Joan Laporta rəhbərlik etdiyi müddətdə Messi "Barselona"ya qayıtmayacaq
Argentinalı futbolçu Lionel Messi "Barselona"ya keçməyəcək.

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq niyyətində deyil.
"Operativ Media " xəbər verir ki, bu haqda jurnalist Guillem Balague xəbər verir.
Mənbənin sözlərinə görə, argentinalı futbolçunun özünün təmirdən çıxmış “Spotify Camp Nou” stadionunda oynamaq istəməsinə baxmayaraq, Joan Laportanın klubun prezidenti olduğu müddətdə Kataloniya klubuna keçməyi planlaşdırmır.
37 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu mövsüm o, 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Argentinalı 2004-2021-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.