Bu gün “Marriott Baku Boulevard” hotelində 2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
"Operativ Media" xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers iştirak ediblər.