Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
"Operativ Media" xəbər verir ki, günün ilk qarşılaşmasında "Qarabağ" "Səbail"i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Qurban Qurbanovun yetirmələri 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Komandalar arasında baş tutan ilk matçda Ağdam təmsilçisi 1-0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, "Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunu
27 fevral
16:00 Qarabağ – Səbail 3:1
Qollar: Musa Qurbanlı, 13, Emin Rüstəmov, 43 (avtoqol), Nəriman Axundzadə, 55 – Rüfət Abdullazadə, 15,