Ana səhifə / İdman / Salah Premyer Liqada rekordunu təkrarladı Salah Premyer Liqada rekordunu təkrarladı 27.02.2025, 19:18 Əziz Əzizli İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz rekordunu təkrarlayıb. "Operativ Media" xəbər verir ki, 32 yaşlı hücumçu buna “Nyukasl”a qalib gəldikləri (2:0) 27-ci turun oyununda məhsuldar ötürmə verməklə nail olub. Misirli forvard cari mövsüm 42 qolun vurulmasında (25 qol, 17 assist) yaxından iştirak edib. Daha əvvəl Salahın çempionatdakı ən yaxşı nəticəsi 2017/2018 mövsümündə qeydə alınmışdı. O, həmin vaxt 32 qol və 10 assistlə yadda qalmışdı. Salah cari mövsüm bütün yarışlarda 39 matçda 30 qol və 22 məhsuldar ötürmənin müəllifi olub. Teqlər: "Salah Premyer Liqada rekordunu t\u0259krarlad\u0131"