Menyu

Neymar: "Messi məndən penalti vurmağı öyrətməyimi istədi"

Əziz Əzizli
Neymar: "Messi məndən penalti vurmağı öyrətməyimi istədi"

“Santos”un hücumçusu Neymar “Barselona”nın ulduzu Lionel Messinin ondan penaltiləri necə yerinə yetirəcəyini soruşduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, braziliyalı futbolçu bu haqda "PodPah"a müsahibəsində danışıb.

“Mən Messiyə penalti vurmağa kömək etdim. Məşqdə idik, məndən "Belə penaltiləri necə vurursan?" deyə soruşdu. Cavabında ona “Sən dəlisən? Sən Messisən, mən bunu bacarıramsa, sən də bacararsan" dedim. Sonra mən ona vurmağı öyrətdim, o da məşq etdi".

2013-cü ilin iyulunda Neymar 88 milyon avroya "Santos"dan "Barselona"ya keçib. O, 2017-ci ilə qədər kataloniyalıların şərəfini qoruyub, daha sonra PSJ-yə keçib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər