28 Fevral 2025, 10:05
Eduard Məmmədov yeni vəzifəyə təyin edilib
Məşhur idmançı Eduard Məmmədov yeni vəzifəyə təyin olunub.
Eduard Məmmədov yeni vəzifəyə təyin edilib şəkil
Eduard Məmmədov yeni vəzifəyə təyin edilib

Məşhur idmançı Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olunub. 

"Operativ Media" xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib. 

Belə ki, federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi altında federasiyanın toplantısı keçirilib. 

Toplantıda millinin sabiq baş məşqçisi və bundan öncəki iclasda icraçı direktor təyin edilmiş Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident təyin edilib.

Federasiyanın İdarə Heyətinin sədr müavini də olan Eduard Məmmədov Bakı və regionlarla iş üzrə vitse-prezident vəzifəsini icra edəcək.

Bunadək millidə məşqçi işləyən Telman Məhərrəmov isə böyüklərdən ibarət yığmaya baş məşqçi təyin olunub.

Federasiyanın prezidenti postu isə yenidən Orxan Əliyevə həvalə edilib.

Son xəbərlər
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib