"Barselona"nın prezidenti Bakıya gələcək
Nərmin Qocamanlı
İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xuan Laportanın bu gün yenidən Azərbaycana gələcəyi gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu haqda “Mundo Deportivo” məlumat yayıb.
Səfərdə məqsəd Azərbaycanda “Barselona” akademiyasının yaradılması, eləcə də yeni investorların tapılmasıdır. Bununla bağlı Laportanın Bakıda iş adamı Adnan Əhmədzadə ilə görüşü gözlənilir. Bildirilir ki, azərbaycanlı iş adamı ölkədə həll oluna biləcək klubun iqtisadi məsələlərində əsas rol oynaya bilər.
Xatırladaq ki, Laporta keçən ilin noyabrında Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Bakıya gəlmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net