Ana səhifə / İdman / "İnter" Məhəmməd Salahı transfer etməyə çalışacaq "İnter" Məhəmməd Salahı transfer etməyə çalışacaq 28.02.2025, 12:03 Əziz Əzizli İtaliya çempionu "İnter" yayda Premyer Liqanın lideri "Liverpul"dan 32 yaşlı misirli vinger Məhəmməd Salahı almağa çalışacaq. "Operativ Media" xəbər verir ki, bu haqda "El Nacional" məlumat yayıb. Məhəmməd Salahın "Liverpul"la müqaviləsi yayda başa çatacaq və o, azad agent olacaq. Bu mövsüm Məhəmməd Salah 39 matçda iştirak edib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. "Transfermarkt" Məhəmməd Salahın transfer dəyərini 55 milyon avro qiymətləndirir. Teqlər: "\"\u0130nter\" M\u0259h\u0259mm\u0259d Salah\u0131 transfer etm\u0259y\u0259 \u00e7al\u0131\u015facaq"