Menyu

Mövqeyi, amalı, gələcəyi bir olan iki qardaş ölkə - ŞƏRH

Nərmin Qocamanlı
Mövqeyi, amalı, gələcəyi bir olan iki qardaş ölkə - ŞƏRH

"Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və əməkdaşlığının analoqu yoxdur. Və bu bütün dünyaya bir nümunədir. Çünki bu münasibətlər tarixi köklərə, milli maraqlara, silinməz adət-ənənələrə və möhkəm tellərə əsaslanır. Hər iki ölkənin rəhbərləri və xalqları öz münasibətlərini əməlləri, amalları ilə birləşib qardaşlaşıblar. Bu tellər günü-gündən möhkəmlənir".

Bu sözləri Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev Operativ Media-ya deyib.

Deputat bildirib ki, qarşılıqlı səfərlər daimi olaraq davam edir, bu da hər iki dövlətin və xalqların milli maraqlarına uyğundur:

“Hazırda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da tez-tez Azərbaycana səfərlər edir. Bu səfərlər zamanı çox mühüm gələcək inkişaf üçün lazım olan sənədlər imzalanır. Bu günlərdə Türkiyə və Azərbaycan arasında saziş təsdiq edilib. Bu sazişlərin və sənədlərin imzalanması iki qardaş ölkənin inkişafı və gələcək perspektivlər üçün bir stimuldur. Bu müqavilələr hər iki ölkənin iqtisadiyyatının inkişafına və xalqların xoşbəxtliyinə yönəlib.

Sazişlərin və müqavilələrin imzalanması həm də iki dövlətin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə xidmət edir. Bu gün Türkiyə və Azərbaycan iqtisadi cəhətdən dünyanın inkişaf edən ölkələrindən biri kimi tanınır. Əlbəttə ki, bu inkişafın əsasında böyük siyasət və düşünülmüş iqtisadi gedişlər və qarşılıqlı əməkdaşlıq dayanır. Türkiyə Azərbaycanı, Azərbaycan isə Türkiyəni daimi dəstəkləyir. Biz iki qardaş ölkəyik. Bu qardaş ölkələrin mövqeyi, amalı, gələcəyi birdir.

İlham Əliyevin düşünülmüş siyasəti Türkiyə və eləcə də dünya ölkələri ilə sıx münasibətlərin saxlanmasına hesablanmışdır. Və bu münasibətlər birbaşa Azərbaycanın gələcəyi üçün çox vacib və əhəmiyyətlidir

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan bir ölkə kimi tanınır. Azərbaycan-Türkiyə arasında bağlanmış müqavilələr həm türk qardaşlarımızın, həm də Azərbaycan xalqının rifahı üçün əhəmiyyətlidir. İki qardaşın birliyi bütün sahələrdə özünü aydın şəkildə göstərir. Və bu dünyada bir nümunə kimi təqdim olunur. Çünki Türkiyə ən çətin anlarda Azərbaycana öz dəstəyini verib. İstər müharibə dövründə, istər bir çox beynəlxalq təşkilatlarda Türkiyə Prezidenti və türk xalqı Azərbaycanın yanında olduğu və bizə dəstəyini sübut etməklə qardaşlığımızı daha da möhkəmləndirib. Bu müqavilələr iki qardaş ölkənin gələcəyi və inkişafa yeni yollar açır".

Teqlər:

"M\u00f6vqeyi amal\u0131 g\u0259l\u0259c\u0259yi bir olan iki qarda\u015f \u00f6lk\u0259 - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər