13 Mart 2025, 13:51
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub
H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb.
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub şəkil
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub

Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan baş verən prosesləri diqqətlə izləyir:

"İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər".

H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb:

"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub. “Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, Ermənistan da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir. Ermənistan tərəfi tam şəkildə Azərbaycana qarşı iddialı olmalı deyil”.

Son xəbərlər
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub