Menyu

İƏT-in baş katibi: Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur

Əsəd Abbaslı
İƏT-in baş katibi: Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur

Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur.

Operativ Media xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan deyib.

"Vəziyyəti və üzləşdiyimiz çağırışları - durğun Ümumdünya Ticarət Təşkilatı, iflic vəziyyətində olan Təhlükəsizlik Şurası, qeyri-funksional ticarət və maliyyə sistemləri, zəifləmiş beynəlxalq normalar və beynəlxalq maliyyə institutlarının fəaliyyət göstərməməsini nəzərə alsaq, bu fonda gələcəyin indi burada olması özlüyündə böyük nailiyyətdir", - o deyib.

Məcid Xan qeyd edib ki, bu gün qloballaşma prosesində iştirak etmək üçün ölkələrin könüllü olaraq tərk etdikləri o mövqeləri və bazaları bərpa etmək istəyi var. Və bu tendensiya getdikcə güclənir.

“Bizim üçün həqiqətən də bu istəyə nəyin səbəb olduğunu başa düşmək vacibdir” - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Teqlər:

"\u0130\u018fT-in ba\u015f katibi: D\u00fcnyada beyn\u0259lxalq normalar\u0131n z\u0259ifl\u0259m\u0259si m\u00fc\u015fahid\u0259 olunur"

Əlaqəli Xəbərlər