21 Mart 2025, 17:50
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb şəkil
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb:

"Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

Allah rəhmət eləsin! 

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdir".

Son xəbərlər
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ