FHN qüvvələri Türkiyəyə çatıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.
"Operativ Media" xəbər verir ki, təyyarə Adanada Şakir Paşa Hava Limanına eniş edib.
Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.
***
Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyəyə yola salınır.
"Operativ Media" "Trend"ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti artıq Heydər Əliyev Hava Limanına gəlib.
Hazırda heyətin Türkiyəyə yola düşməsi üçün son tamamlama işləri görülür
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net