Rusiya XİN: Azərbaycandakı Rus Evi ilə bağlı vəziyyətin həlli yolu tapılacaq
Nərmin Qocamanlı
Rusiya Azərbaycandakı Rus Evi ilə bağlı yaranmış vəziyyətin həllinin tapılacağına əmindir.
Operativ Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib.
Azərbaycan fevralın 3-də Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə rəsmi nota göndərib və bu addımı qurumun hüquqi şəxs kimi qeydiyyata alınmaması və bununla da respublika qanunvericiliyini pozması ilə izah edib.
"Mən əmin olduğumu bildirdim ki, biz həll yolu tapacağıq. Həll yolu tapmaq üçün dialoq aparmalıyıq. Biz Azərbaycanla dialoqu heç vaxt dayandırmamışıq", - Qaluzin bildirib .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net