Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığı müzakirə edilib

admin
Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığı müzakirə edilib
Pərviz Şahbazov ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla ilə görüşüb.

Energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla ilə görüşüb.

Operativ Media xəbər verir ki,  energetika naziri görüş ilə bağlı "X" hesabında paylaşım edib.

İki ölkə Avropaya qaz tədarükü və YaşılEnerj interkonnektor layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti dəyərləndirib

"ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğuladıq. Avropaya qaz tədarükü və YaşılEnerj interkonnektor layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər