Menyu

"Tottenhem"in baş məşqçisi: "VAR futbolu öldürür"

Əziz Əzizli
"Tottenhem"in baş məşqçisi: "VAR futbolu öldürür"

"Tottenhem"in baş məşqçisi Anqe Postekoqlu Premyer Liqanın 30-cu turunda "Çelsi"yə 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Operativ Media xəbər verir ki, Postekoqlu görüşdən sonra VAR sistemini tənqid edərək bunları deyib:

"VAR futbolu öldürür. Bu, artıq əvvəlki futbol deyil. Dünən biz hamımız ["Everton" - rəqib oyunçunun James Tarkovskiyə qarşı kobudluğuna görə qırmızı vərəqə verilmədiyi epizodda] oturub baxırdıq və sizə zəmanət verirəm ki, əgər Jarred Gillett həmin an VAR-da olsaydı, nəticə tam fərqli olardı. 12 dəqiqə ərzində dayanıb gözləyirsiniz. Bu, oyunu öldürür. Amma heç kimin vecinə deyil. Onlar sadəcə dramı və mübahisəni sevirlər. Əminəm ki, həmin epizod 24 saat ərzində müzakirə olunacaq. Onların əyləncəni məhv etməsi heç kimi maraqlandırmır. Əgər hakim hansısa epizoda 6 dəqiqə baxırsa, burada "aydın və aşkar səhv" nədən ibarətdir? Biz bu sistemi qəbul etməli və onunla yaşamağa öyrəşməliyik."

"Çelsi" 52 xalı var və 4-cü pilləyə yüksəlib. “Tottenhem” 34 xalla 14-cü yerdədir.

Teqlər:

"\"Tottenhem\"in ba\u015f m\u0259\u015fq\u00e7isi: \"VAR futbolu \u00f6ld\u00fcr\u00fcr\""

Əlaqəli Xəbərlər