06 Fevral 2023, 17:05
Si Cinpin Ərdoğana başsağlığı verib

Çin dövlət başçısı Si Cinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəlzələ nəticəsində ölənlərlə əlaqədar başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb.
Çinin dövlət başçısı təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb: “Xalqınız fəlakətin nəticələrini tezliklə aradan qaldıracağına və vətəninizi yenidən quracağınıza inanıram”.