"Arsenal" gənc ispaniyalını transfer etmək istəyir
Əziz Əzizli
"Atletik"in hücumçusu Niko Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu haqda İnsayder Nikola Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı ispaniyalı ilə "Arsenal" maraqlanır. Londonluların baş məşqçisi Mikel Arteta futbolçunu ötən yay transfer etmək istəyirdi.
Uilyams bu mövsüm 38 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Teqlər:
"\"Arsenal\" g\u0259nc ispaniyal\u0131n\u0131 transfer etm\u0259k ist\u0259yir"