Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlıqlarını davam etdirirlər
Əziz Əzizli
Böyüklərdən ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Operativ Media xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil edilən toplanışda İtaliya millisinin üzvləri və Qazaxıstan cüdoçuları iştirak edirlər.
İtaliya yığmasının heyətində dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionu Manuel Lombardo, dünya ikincisi Kristian Parlati, Böyük Dəbilqə turnirlərinin mükafatçıları Covanni və Antonio Espositolar da yer alıb.
Cüdoçularımız hazırlığın növbəti mərhələsini aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində Olimpiya Təlim Düşərgəsində davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.
Teqlər:
"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 Avropa \u00e7empionat\u0131na haz\u0131rl\u0131qlar\u0131n\u0131 davam etdirirl\u0259r"