Menyu

Azərbaycan millisinin yoldaşlıq oyunlarının məkanı bəlli oldu

Əziz Əzizli
Azərbaycan millisinin yoldaşlıq oyunlarının məkanı bəlli oldu
1 dəq oxu

Azərbaycan millisi iyunda Latviya və Macarıstan yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.

Operativ Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunların məkanı artıq məlumdur.

Qitə futbol qurumu iyunun 7-də Latviya ilə səfər matçının paytaxt Riqada baş tutacağını qeyd edib. Oyunun “Skonto” stadionunda təşkili nəzərdə tutulur.

Fernandu Santuşun yetirmələri bundan 3 gün sonra doğma arenada Macarıstanı qəbul edəcək. Həmin oyunun isə Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilməsi qərara alınıb.

Oyunların başlama saatı isə hələ açıqlanmayıb.

Əlaqəli Xəbərlər