Menyu

Bruno Fernandes Premyer Liqada mart ayının ən yaxşı oyunçusu seçilib

Əziz Əzizli
Bruno Fernandes Premyer Liqada mart ayının ən yaxşı oyunçusu seçilib
1 dəq oxu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Operativ Media xəbər verir ki, 30 yaşlı portuqaliyalı iki oyun keçirib, “Arsenal”la oyunda (1:1), “Lester”lə qarşılaşmada (3:0) bir qol vurub və iki məhsuldar ötürmə edib.

Fernandes bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər