Menyu

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası təsdiqlənib

Nərmin Qocamanlı
Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası təsdiqlənib

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin ediləcək.

Əcnəbilərin portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə baxılacaq.

Qiymətləndirilmə meyarları üzrə dövlət orqanları bal təyin edəcək və yekunda bütün ballar cəmlənəcək.

Verilmiş balların cəmi azı 70 bal olduqda əcnəbi yüksəkixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunacaq.

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunması elektron sənədlə rəsmiləşdirilir və elektron sənəd 5 il müddətinə veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər