Kevin De Brün mövsüm sonunda "Mançester Siti"dən ayrılacaq.
Əziz Əzizli
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brün mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
"Əziz mançesterlilər, bunu görəndə, yəqin ki, bunun hara getdiyini başa düşürsünüz. Ona görə də birbaşa mətləbə keçəcəyəm və hamınıza bildirəcəyəm ki, bu mənim "Mançester Siti"nin oyunçusu kimi son aylarım olacaq. Hər hekayə nə vaxtsa bitəcək, amma bu fəsil mütləq ən yaxşısıdır. Gəlin bu son anları birlikdə keçirək".
Belçikalı 2015-ci ildən "Siti"də çıxış edir. Bu müddət ərzində o, klubda bütün yarışlarda 413 oyuna çıxıb, 106 qol vurub və 174 məhsuldar ötürmə edib. Komanda ilə altı dəfə Premyer Liqanın, iki dəfə İngiltərə Kubokunun, üç dəfə Super Kubokun, beş dəfə Liqa Kubokunun qalibi olub, həmçinin 2022/23 mövsümündə Çempionlar Liqasının qalibi olub.
33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Teqlər:
"Kevin De Br\u00fcn m\u00f6vs\u00fcm sonunda \"Man\u00e7ester Siti\"d\u0259n ayr\u0131lacaq."