Menyu

FHN-nin bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb

Nərmin Qocamanlı
FHN-nin bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələrin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb.

Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər