04 Aprel 2025, 17:40
Dünya Bankı "yaşıl enerji dəhlizi" təşəbbüsünə dəstəyini təsdiqləyib
Dünya Bankı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsünü dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
Dünya Bankı "yaşıl enerji dəhlizi" təşəbbüsünə dəstəyini təsdiqləyib şəkil
Dünya Bankı "yaşıl enerji dəhlizi" təşəbbüsünə dəstəyini təsdiqləyib

Dünya Bankı (DB) “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsünü dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Operativ Media  xəbər verir ki, bunu Bankın Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, Dünya Bankı artıq özəl sektor vasitəsilə layihəyə dəstək göstərir.

"Bank "yaşıl enerji dəhlizi"nin inkişafına yönəlmiş investisiyalara başlayıb. 2025-ci ilin martında AZURE layihəsi təsdiqlənib ki, bunun məqsədi 1,8 QVt bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə etibarlı inteqrasiyasını təmin etməkdir", - R.Prays qeyd edib.

O əlavə edib ki, Dünya Bankı həmçinin Mərkəzi Asiyanın əhəmiyyətli hidroenerji potensialından istifadə də daxil olmaqla, enerji istehsalı layihələrinə investisiya yatırıb: "Ötən ilin may ayında Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsində tərəfdaş kimi Gürcüstan hökumətinə dəstək proqramının birinci mərhələsi təsdiq edilib. Bu, "yaşıl enerji" istehsalını Avropa bazarı ilə birləşdirən transavropa elektrikötürücü xətlər şəbəkəsinin əsas elementidir".

R.Prays qeyd edib ki, "yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsi kompleks və əlaqələndirilmiş yanaşma tələb edir: "Buraya dövlət və özəl qurumların iştirakı, ticarət, texniki-iqtisadi, ekoloji və sosial tədqiqatların aparılması, iştirakçı ölkələrdə ötürücü infrastruktura müvafiq investisiyalar və s. daxildir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) daxil olmaqla Dünya Bank zəruri təcrübəyə malikdir. Bank müxtəlif regionlarda transformasiya infrastruktur təşəbbüslərinin uğurlu həyata keçirilməsinə əsaslanaraq bu layihəni dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Biz əməkdaşlığın daha da dərinləşməsinə ümid edirik".

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?