"Real Madrid"in futbolçuları Kilyan Mbappe, Antonio Rudiger və Daniel Seballosun intizam işi ilə bağlı qərar açıqlanıb.
Operativ Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununda (1:0, 4:2 pen.) nalayiq davranışda ittiham olunublar.
Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Hər iki futbolçu UEFA turnirlərində bir oyunluq cəzalanıb. Bir il ərzində yenidən nalayiq davranışlar göstərsələr, diskvalifikasiya reallaşacaq.
Sebalyosa diskvalifikasiya edilmədən 20 min avro cərimə kəsilib.
Etika və İntizam Müfəttişi əvvəlcə "Real Madrid"in hücumçusu Vinisius Juniorun matçda davranışını araşdırdı, lakin sonda braziliyalıya qarşı heç bir intizam işi açılmadı.