Azərbaycan millisi (Qadınlar) Litva yığmasına səfərdə qalib gəldi
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.
Operativ Media xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Vilnüsdə Litva yığmasının qonağı olub. “Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıblar.
Millimiz növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.
Teqlər:
"Az\u0259rbaycan millisi (Qad\u0131nlar) Litva y\u0131\u011fmas\u0131na s\u0259f\u0259rd\u0259 qalib g\u0259ldi"