Menyu

Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər

Əziz Əzizli
Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər
1 dəq oxu

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunu tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Todofichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni məşqçi axtarışlarını davam etdirən Braziliya millisi onunla müqavilə bağlamaqda maraqlıdır. Bununla belə, Braziliya Futbol Konfederasiyasının (CBF) əsas hədəfi Karlo Ançelotti olaraq qalır.

Mourinyo 2024-cü ilin yayından "Fənərbaxça" ya rəhbərlik edir. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Əlaqəli Xəbərlər