05 Aprel 2025, 10:33
Şervoni Mabatşoev: “Əsas olan komandanın qələbəsidir”
"Kəpəz"in tacikistanlı futbolçusu Şervoni Mabatşoev "Sabah"la keçirəcəkləri görüş haqqında danışıb.
Şervoni Mabatşoev: “Əsas olan komandanın qələbəsidir” şəkil
Şervoni Mabatşoev: “Əsas olan komandanın qələbəsidir”

“Əvvəl də demişdim, indi də o fikirdəyəm ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur. Əsas olan komandanın qələbəsidir, azarkeşləri sevindirməyimizdir”.

Operativ Media xəbər verir ki, bu fikirləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in üzvü Şervoni Mabatşoev deyib.

“Səbail” ilə oyunda fərqlənən tacikistanlı yarımmüdafiəçi matçından nəticəsindən dolayı buna görə sevinmədiyini bildirib. Qeyd edib ki, prinspial görüşdə qələbə qazana bilmədiklərinə görə məyus olub:

“Bakı klubu ilə eyni məqsəd üçün mübarizə aparırıq və turnir cədvəlində qonşuyuq. Evdə də oynadığımıza görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. Bunun əvəzini çıxmağa çalışacağıq”. 

Mabatşoev növbəti turda qarşılaşacaqları “Sabah” ilə görüşə kökləndiklərini deyib:

“Səfərdə oynayacağıq. Əslində bütün matçlar bizim üçün evdən kənardadır. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Ona görə bu qarşılaşmadan da uğurlu nəticə ilə ayrılmaq istəyirik. “Sabah” güclü rəqibdir. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilər lazımı tövsiyyələrini verirlər. Azarkeşlərimizi qalib gəlməklə sevindirmək istəyirik. Onların inamını yenidən qazanmalıyıq”.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb