Menyu

"Yuventus" "Qalatasaray"ın hücumçusunu transfer etmək istəyir

Əziz Əzizli
"Yuventus" "Qalatasaray"ın hücumçusunu transfer etmək istəyir

"Yuventus" yayda "Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin forvardı Viktor Osimheni transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya klubunun nümayəndələri 26 yaşlı futbolçunun yayda transferini reallaşdırmaq üçün bütün səylərini əsirgəmir. “Mançester Yunayted” də forvard uğrunda mübarizə aparır.

Bildirilir ki, Osimhen özü bu yay Premyer Liqa klubuna keçmək istəyir, lakin "Yuventus" transfer etmək şanslarını artırmaq üçün oyunçunun agenti ilə yaxın əlaqələrindən istifadə etmək istəyir.

Nigeriyalı 2024-cü ilin yayında "Qalatasaray"a icarə əsasında keçib. Osimhen Türkiyə klubunda keçirdiyi 32 matçda 28 qol vurub, 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Teqlər:

"\"Yuventus\" \"Qalatasaray\"\u0131n h\u00fccum\u00e7usunu transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər