Menyu

İlin əvvəlindən 12 minə yaxın şəxsə əlillik təyin olunub

Nərmin Qocamanlı
İlin əvvəlindən 12 minə yaxın şəxsə əlillik təyin olunub
1 dəq oxu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin birinci rübü ərzində 11,6 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, onlardan 5 mininə ilkin, 6,6 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. 

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Əlaqəli Xəbərlər