Menyu

Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu

Əziz Əzizli
Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.

Operativ Media xəbər verir ki, ikinci yarış günündə milli komandamız aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb. 

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala yiyələnib. 

Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal əldə etmişdi. 

Beləliklə, gənclərdən ibarət Azərbaycan cüdo yığması 7 medalla Avropa Kubokunu ümumi sıralamada 23 ölkə arasında ikinci pillədə tamamlayıb.

Teqlər:

"Az\u0259rbaycan c\u00fcdo y\u0131\u011fmas\u0131 Avropa Kubokunu 7 medalla ba\u015fa vurdu"

Əlaqəli Xəbərlər