Menyu

"Sabah"ın hücumçusunun zədəsinin son durumu bəlli oldu - Açıqlama

Əziz Əzizli
"Sabah"ın hücumçusunun zədəsinin son durumu bəlli oldu - Açıqlama

"Neftçi" ilə oyunda zədələnən "Sabah"ın hücumçusu Coy-Lens Mikels bir neçə həftə komandasına kömək edə bilməyəcək.

Bunu Operativ Media-ya açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağını deyib.

"Neftçi" ilə oyunda zədələnən Coy-Lens Mikelsin MRT müayinəsinin cavabı bəlli olub. Futbolçuya topuq bağlarının hissəvi yırtığı (Grade 2) diaqnozu qoyulub ki, bu da onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı deməkdir. Mikelsin məşqlərə tam olaraq nə vaxt başlaması müalicə və bərpa prosesinin gedişindən asılı olacaq".

Qeyd edək ki, Coy-Lens Mikels "Neftçi" ilə kubok oyununda zədələnərək meydanı tərk etmişdi.

Teqlər:

"\"Sabah\"\u0131n h\u00fccum\u00e7usunun z\u0259d\u0259sinin son durumu b\u0259lli oldu - A\u00e7\u0131qlama"

Əlaqəli Xəbərlər