07 Aprel 2025, 10:15
"Sabah"ın müdafiəçisi 100-ə çatdı
"Sabah" - "Kəpəz" matçı Boyan Letiç üçün əlamətdar olub.
"Sabah"ın müdafiəçisi 100-ə çatdı şəkil
"Sabah"ın müdafiəçisi 100-ə çatdı

Boyan Letiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Operativ Media PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın legioneri bu matçlara yalnız bir klubda çıxıb.

Paytaxt təmsilçisi ilə 100 görüşə çıxan 32 yaşlı serbiyalı müdafiəçinin yubileyi XXIX tura təsadüf edib. Boyan “Kəpəz”lə ev qarşılaşmasına start heyətində çıxıb.

Letiç bu matçlarda 4 qola imza atıb. Onun debütü 2021/22 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.

Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.

Son xəbərlər
AK Ukraynaya 4 milyard avro yardım elan edib
"Arsenal" danimarkalı yarımmüdafiəçi transfer etdi
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb